Liverpul”dan darmadağın, “Arsenal”dan qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında “Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib.

“Liverpul” bu turda “Sauthempton”un müqavimətini 4 cavabsız qolla qırıb. “Kristal Pelas” evdə “Aston Villa”ya uduzub.

“Norviç Siti” – “Vulverhempton” və “Brayton” – “Lids” matçlarında isə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası

13-cü tur

27 noyabr

Arsenal – Nyukasl 2:0

Qol: Saka, 56. Martinelli, 66.

Kristal Pelas – Aston Villa 1:2

Qol: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

Liverpul – Sauthempton 4:0

Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Norviç Siti – Vulverhempton 0:0

Brayton – Lids 0:0

28 noyabr

18:00. Bernli – Tottenhem

18:00. Brentford – Everton

18:00. Lester Siti – Uotford

18:00. Mançester Siti – Vest Hem

20:30. Çelsi – Mançester Yunayted

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB