Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışıb. Lakin “qara qartallar” bu oyunda böyük hesabla məğlub olub.
“Antalyaspor” evdə “Alanyaspor”u darmadağınla məğlub edib. “Rizəspor” isə “Kayserispor”la oyundan qalib ayrılıb.
Türkiyə Super Liqası
14-cü tur
26 noyabr
Adana Dəmirspor – Kasımpaşa 0:0
Başakşəhər – Altay 0:0
27 noyabr
Antalyaspor – Alanyaspor 3:0
Qol: B.Balçı, 40. Mukayru, 68. Floranus, 90.
Rizəspor – Kayserispor 1:0
Qol: S.Ay, 48.
Beşiktaş – Girəsunspor 0:4
Qol: Diabate, 22. Balde, 55. Serjinyo, 64. Çampness, 90.
28 noyabr
14:30 Qaziantep – Konyaspor
17:00 Sivasspor – Hatayspor
17:00 Fatih Karagümrük – Trabzonspor
20:00 Yeni Malatyaspor – Qalatasaray
29 noyabr
21:00 Göztəpə – Fənərbaxça
Bütün xəbərlər Facebook səhifəmizdə