İsgəndər Əsgərov daha bir beynəlxalq oyuna təyinat alıb

Həndbol üzrə təcrübəli hakim-inspektor İsgəndər Əsgərov növbəti beynəlxalq oyuna təyinat alıb. Azərbaycan Həndbol Federasiyasından SİA-ya bildiriblər ki, o, kişi həndbolçuların EHF Avropa kubokunun üçüncü mərhələsi çərçivəsində keçiriləcək “HC Viktor” – “Byanko Monte Drama” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Rusiya və Yunanıstan təmsilçilərinin görüşü dekabrın 4-də Stavropolda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə