İngiltərənin “Tottenhem” komandası Sloveniya “Mura”sını sınağa çəkib və səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi isə Ukraynanın “Zarya” komandası olub. “Canavarlar” bu görüşdə darmadağına seviniblər.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. SİA Matc.az-a istinadən xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və qələbə sayəsində liderliyə yüksəlib.
İngiltərənin “Tottenhem” komandası Sloveniya “Mura”sını sınağa çəkib və səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi isə Ukraynanın “Zarya” komandası olub. “Canavarlar” bu görüşdə darmadağına seviniblər.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur
25 noyabr
A qrupu
HJK (Finlandiya) – Alaşkert (Ermənistan) 1:0
Qol: Tanaka, 48.
Makkabi (Təl-Əviv, İsrail) – LASK (Avstriya) 0:1
Qol: Horvat, 89.
Xal durumu: LASK – 13, Makkabi – 10, HJK – 6, Alaşkert – 0.
B qrupu
Flora (Estoniya) – Partizan (Serbiya) 1:0
Qol: Miller, 44.
Anortosis (Kipr) – Gent (Belçika) 1:0
Qol: Kristodolopulos, 27.
Xal durumu: Gent – 10, Partizan – 7, Flora – 5, Anortosis – 5.
C qrupu
Roma (İtaliya) – Zarya (Ukrayna) 4:0
Qol: K.Peres, 15. Zaniolo, 33. Abraham, 46; 75.
Bodo Qlimt (Norveç) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
Qol: Fet, 25. Botheym, 85.
Xal durumu: Bodo Qlimt – 11, Roma – 10, Zarya – 6, ÇSKA – 1.
D qrupu
Yablonets (Çexiya) – Alkmaar (Niderland) 1:1
Qol: Kratoxvil, 7 – Evyen, 44.
Randers (Danimarka) – ÇFR Kluj (Rumıniya) 2:1
Qol: Kamara, 68. Pyesinger, 76 – Deaç, 72.
Xal durumu: Alkmaar – 11, Randers – 7, Yablonets – 6, ÇFR – 1.
E qrupu
Slaviya (Praqa, Çexiya) – Feyenoord (Niderland) 2:2
Qol: Olayinka, 12. Kuçta, 66 – Dessers, 31; 90+3.
Makkabi (Hayfa, İsrail) – Union Berlin (Almaniya) 1:0
Qol: Ryerson, 66.
Xal durumu: Feyenoord – 11, Slaviya – 7, Union Berlin – 6, Makkabi – 4.
F qrupu
Linkoln (Cəbəllütariq) – Kopenhagen (Danimarka) 0:4
Qol: Yohannesson, 5. Lerager, 7. Bovinq, 63. Hoylund, 73.
Slovan (Bratislava, Slovakiya) – PAOK (Yunanıstan) 0:0
Xal durumu: Kopenhagen – 12, Slovan – 8, PAOK – 8, Linkoln – 0.
G qrupu
Renn (Fransa) – Vitess (Niderland) 3:3
Qol: Labord, 9; 39; 69 – Huysman, 43. Buytnik, 75. Openda, 90.
Mura (Sloveniya) – Tottenhem (İngiltərə) 2:1
Qol: Horvat, 11. Marosa, 90+4 – Keyn, 72.
Xal durumu: Renn – 11, Tottenhem – 7, Vitess – 7, Mura – 3.
H qrupu
Kayrat (Qazaxıstan) – Bazel (İsveçrə) 2:3
Qol: V.Lav, 23. K.Hovanisyan, 56 – Artur, 45-pen. Jeqrova, 69. Kasami, 73.
Qarabağ – Omoniya (Kipr) 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43. X.Qomes, 90.
Xal durumu: Bazel – 11, Qarabağ – 11, Omoniya – 3, Kayrat – 1.
Bütün xəbərlər Facebook səhifəmizdə