Avroliqa: “Qalatasaray” pley-offda...

...“Fənərbaxça” “Olimpiakos”a uduzdu

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub. SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

C qrupunda yer alan Moskva “Spartak”ı doğma meydanda “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Qrupun digər matçı bu gün keçirilib. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) səfərdə “Lester Siti”nin (İngiltərə) qonağı olub. Polşa çempionu bu oyunda da məğlubiyyətə üzülüb.

Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Marsel “Olimpik”i ilə münasibətlərinə aydınlıq gətirib. Bol qollu matçda qələbə qazanan İstanbul təmsilçisi pley-offa yüksəlib. “Fənərbaxça” isə Yunanıstanda “Olimpiakos”un qonağı olub. Son dəqiqə qolu ilə məğlub olan İstanbul klubunun Avroliqanı tərk edəcəyi və yoluna Konfrans Liqasında davam edəcəyi dəqiqləşib.

Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
25 noyabr

A qrupu

Brondbü (Danimarka) – Olimpik (Lion, Fransa) 1:3
Qol: Uhre, 51 – Çerki, 57; 66. Slimani, 76.

Reyncers (Şotlandiya) – Sparta (Praqa, Çexiya) 2:0
Qol: Morelos, 15; 49.

Xal durumu: Olimpik – 15, Reyncers – 7, Sparta – 4, Brondbü – 2.

B qrupu

Monako (Fransa) – Real Sosyedad (İspaniya) 2:1
Qol: Volland, 28. Fofana, 38 – İsak, 35.

PSV (Niderland) – Şturm Qrats (Avstriya) 2:0
Qol: K.Vinisius, 45-pen. Bruma, 56.

Xal durumu: Monako – 11, PSV – 8, Real Sosyedad – 6, Şturm Qrats – 1.

C qrupu

Spartak (Moskva, Rusiya) – Napoli (İtaliya) 2:1
Qol: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64.

Lester Siti (İngiltərə) – Legiya (Polşa) 3:1
Qol: Daka, 11. Maddison, 21. Ndidi, 33 – Mladenoviç, 26.

Xal durumu: Lester Siti – 8, Spartak – 7, Napoli – 7, Legiya – 6.

D qrupu

Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 1:0
Qol: Soares, 90.

Ayntraxt (Almaniya) – Antverpen (Belçika) 2:2
Qol: Kamada, 13. Pasiensiya, 90+4 – Naynqqolan, 33. Samatta, 88.

Xal durumu: Ayntraxt – 11, Olimpiakos – 9, Fənərbaxça – 5, Antverpen – 2.

E qrupu

Lokomotiv (Moskva, Rusiya) – Latsio (İtaliya) 0:3
Qol: İmmobile, 56-pen; 63-pen. Pedro, 87.

Qalatasaray (Türkiyə) – Olimpik (Marsel, Fransa) 4:2
Qol: Çikaldau, 12. Çaleta-Çar, 30-öz qapısına. Fequli, 64. Babel, 83 – Milik, 69; 85.

Xal durumu: Qalatasaray – 11, Latsio – 8, Olimpik – 4, Lokomotiv – 2.

F qrupu

Midtyulland (Danimarka) – Braqa (Portuqaliya) 3:2
Qol: Svyatçenko, 2. İsaksen, 48. Evander, 90+3-pen – Horta, 43. Qaleno, 85.

Srvena Zvezda (Serbiya) – Ludoqorets (Bolqarıstan) 1:0
Qol: İvaniç, 57.

Xal durumu: Srvena Zvezda – 10, Braqa – 9, Midtyulland – 8, Ludoqorets – 1.

G qrupu

Bayer (Almaniya) – Seltik (Şotlandiya) 3:2
Qol: Andrix, 16; 82. Diabi, 87 – Yuranoviç, 40-pen. Jota, 56.

Betis (İspaniya) – Ferentsvaroş (Macarıstan) 2:0
Qol: Tello, 5. Kanales, 52.

Xal durumu: Bayer – 13, Betis – 10, Seltik – 6, Ferentsvaroş – 0.

H qrupu

Rapid (Avstriya) – Vest Hem (İngiltərə) 0:2
Qol: Yarmolenko, 40. Noble, 45+2-pen.

Dinamo (Zaqreb, Xorvatiya) – Genk (Belçika) 1:1
Qol: Menalo, 35 – Uqbo, 45+1.

Xal durumu: Vest Hem – 13, Dinamo – 7, Genk – 5, Rapid – 4.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...