Bu gün UEFA Avropa Liqasının beşinci turuna start veriləcək

Noyabrın 25-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun görüşləri keçiriləcək. SİA xəbər verir ki, ikinci oyun günündə 15 qarşılaşma keçiriləcək.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu İngiltərədə “Lester Siti”nin qonağı olacaq. Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliyanın “Napoli” komandası Rusiyada “Spartak” klubuna uduzub.

Türkiyə klublarından “Qalatasaray” Fransanın “Marsel” klubunu qəbul edəcək. E qrupunun digər görüşündə İtaliyanın “Latsio” komandası Moskvada “Lokomotiv”in qonağı olacaq. İstanbul təmsilçisi qələbə qazanacağı və ya hər iki matç heç-heçə başa çatacağı təqdirdə “sarı-qırmızılar” mərhələ adlayacaq.

“Fənərbağça” Yunanıstanda “Olimpiakos” ilə üz-üzə gələcək. Almaniyanın “Ayntraxt” klubu bu qrupda Belçikanın “Antverpen” komandasını sınağa çəkəcək. Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl rəsmiləşdirən Frankfurt təmsilçisi qrupda liderlik uğrunda mübarizə aparacaqlar. “Fənərbağça” isə şanslarını davam etdirmək üçün ən azı rəqibinə uduzmamalıdır. Pirey təmsilçisi isə mərhələ adlamaq üçün qələbə qazanmağa çalışacaq.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

“Bröndbü” (Danimarka) – “Lion” (Fransa);

“Qlazqo Reyncers” (Şotlandiya) – “Sparta Praqa (Çexiya).

Qrupdakı vəziyyət: “Lion” - 12, “Sparta Praqa” - 4, “Qlazqo Reyncers” - 4, “Bröndbü” – 2.

B qrupu

“PSV” (Eyndhoven, Niderland) – “Şturm” (Qrats, Avstriya);

“Monako” (Fransa) – “Real Sosyedad” (İspaniya).

Qrupdakı vəziyyət: “Monako” - 8, “Real Sosyedad” - 6, PSV - 5, “Şturm” - 1.

C qrupu

“Lester Siti” (İngiltərə) – “Legiya” (Polşa).

Qrupdakı vəziyyət: “Spartak” - 7 (5 oyuna), “Napoli” - 7 (5), “Legiya” - 6, “Lester Siti” - 5.

D qrupu

“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə);

“Ayntraxt Frankfurt (Almaniya) – “Antverpen” (Belçika).

Qrupdakı vəziyyət: “Ayntraxt Frankfurt” - 10, “Olimpiakos” - 6, “Fənərbağça” - 5, “Antverpen” – 1.

E qrupu

“Lokomotiv Moskva” (Rusiya) – “Latsio” (İtaliya);

“Qalatasaray” (Türkiyə) – “Marsel” (Fransa).

Qrupdakı vəziyyət: “Qalatasaray” - 8, “Latsio” - 5, “Marsel” - 4, “Lokomotiv Moskva” - 2.

F qrupu

“Srvena Zvezda” (Belqrad, Serbiya) – “Ludoqorets” (Razqrad, Bolqarıstan);

“Midtyulland” (Danimarka) – “Braqa” (Portuqaliya).

Qrupdakı vəziyyət: “Braqa” - 9, “Srvena Zvezda” - 7, “Midtyulland” - 5, “Ludoqorets” - 1.

G qrupu

“Betis” (İspaniya) – “Ferentsvaroş” (Macarıstan);

“Bayer Leverkuzen” (Almaniya) – “Seltik” (Şotlandiya).

Qrupdakı vəziyyət: “Bayer Leverkuzen” - 10, “Betis” - 7, “Seltik” - 6, “Ferentsvaroş” – 0.

H qrupu

“Rapid Vyana” (Avstriya) – “Vest Hem Yunayted” (İngiltərə);

“Dinamo Zaqreb” (Xorvatiya) – “Genk” (Belçika).

Qrupdakı vəziyyət: “Vest Hem Yunayted” - 10, “Dinamo Zaqreb” - 6, “Genk” - 4, “Rapid Vyana” – 3.

Qeyd edək ki, Fransanın “Lion” və İngiltərənin “Vest Hem Yunayted” klubları vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...