“Tottenhem” Konte ilə ilk qələbəsini qazandı

“Tottenhem” Konte ilə ilk qələbəsini qazandı

İngiltərə Premyer Liqasında XII tura yekun vurlub.

SİA Oxu.Az-a istinadən xəbər verir ki, turun sonuncu matçında “Tottenhem” “Lids”i qəbul edib.

Uzun zamandır qələbə qazana bilməyən London təmsilçisi yeni baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında ilk Premyer Liqa qələbəsini qazanıb – 2:1.

Bu qələbə ilə xallarının sayını 19-a çatdıran “Tottenhem” turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. “Lids” ilə 11 xalla 17-ci pillədə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə