Dubayda keçirilən parakarate üzrə dünya çempionatına Azərbaycan idmançıları uğurla başlayıblar. Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Emiliya Mitilinova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB