“Liverpul”la “Çelsi”dən darmadağın...

..."Mançester Yunayted" isə uduzub
“Liverpul”la “Çelsi”dən darmadağın...

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura start verilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Açılış matçında lider “Çelsi” çətin “Lester” səfərinə yollanıb və darmadağına sevinib.

Son turlarda uğursuz çıxış edən “Mançester Yunayted” bu turda “Uotford” səfərinə yollanıb. “Qırmızı şeytanlar” bu turda da məğlubiyyətə üzülüblər. Baş məşqçi postuna Stiven Cerrardı gətirən “Aston Villa”nın rəqibi isə “Brayton” olub. Sözügedən komanda doğma meydanda inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. “Liverpul” doğma meydanda “Arsenal”ı böyük hesabla məğlub edib.

İngiltərə Premyer Liqası

12-ci tur

20 noyabr

Lester – Çelsi 0:3

Qol: Rudiger, 14. Kante, 28. Pulişiç, 71.

Aston Villa – Brayton 2:0

Qol: Uotkins, 84. Minqs, 89.

Bernli – Kristal Pelas 3:3

Qol: B.Mi, 19. Vud, 27. Korne, 49 – Benteke, 8; 36. Quehi, 42.

Vulverhempton – Vest Hem 1:0

Qol: R.Ximenes, 58.

Norviç – Sauthempton 2:1

Qol: Pukki, 7. Henli, 79 – Adams, 4.

Nyukasl – Brentford 3:3

Qol: Laskelles, 10. Joelinton, 39. Sent-Maksimin, 75 – Toni, 111. Henri, 31. Laskelles, 61-öz qapısına.

Uotford – Mançester Yunayted 4:1

Qol: Kinq, 28. Sarr, 44. Pedro, 90+2. Dennis, 90+6 – V.De Beek, 50.

Liverpul – Arsenal 4:0

Qol: Mane, 39. Jota, 52. Salah, 74. Minamino, 77.

21 noyabr

18:00. Mançester Siti – Everton

20:30. Tottenhem – Lids

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com