Azərbaycan karateçisi bürünc medal qazanıb Dünya çempionatı

Azərbaycan karateçisi bürünc medal qazanıb Dünya çempionatı

Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal görüşünə çıxıb.

SİA-nın məlumatına görə, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb.

Rəqibinə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə