“Beşiktaş” komandası Antalyaya gəlib

“Beşiktaş” komandası Antalyaya gəlib

Spor Toto Super Liqasında sabah "Aytemiz Alanyaspor"la qarşılaşacaq olan "Beşiktaş" Antalyanın Qazipaşa səmtinə gəlib. SİA xarici mətbuata istinadən bildirir ki, “Beşiktaş” komandasını daşıyan təyyarə saat 17:15-də Qazipaşa-Alanya Hava Limanına eniş edib.

"Beşiktaş” komandasını hava limanında bir qrup azarkeş qarşılayıb. Pandemiya tədbirləri çərçivəsində azarkeşlərin futbolçularla əlaqə saxlamasına icazə verilməyib. "Beşiktaş" komandası komanda avtobusuna minərək oyunun keçiriləcəyi Alanyaya doğru hərəkət edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə