Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında komanda hesabında final yarışları başlayıb. SİA-nın məlumatına görə, bu gün qadınlar və kişilər arasında batut üzərində sinxron hərəkətlər, kişilər arasında tamblinq yarışlarında qalib komandalar müəyyən ediləcək.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB