Zidan "Mançester Yunayted"dən imtina etdi

Zidan "Mançester Yunayted"dən imtina etdi

"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"i çalışdırmaqdan imtina edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. O, klub rəhbərliyinə bu vəzifəyə özünü hazır hiss etmədiyin bildirib. Zidan yaya qədər istirahət etmək istədiyini qeyd edib.

Qeyd edək ki, uğursuz nəticələrə görə "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerlə yollarını ayıracağı barədə xəbərlər yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə