Federasiya dövlət maliyyəsindən imtina edib

Federasiya dövlət maliyyəsindən imtina edib

Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.

Qeyd edək ki, bu barədə federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bu qərar 2022-ci il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə uduzduqları oyundan sonra qəbul olunub: "Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq".

Qeyd edək ki, seçmə mərhələdə 3 xal toplayan Qazaxıstan millisi D qrupunu sonuncu pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə