Dani Alves hələ də şokdadır

"Barselona”nın yeni transferi Dani Alves açıqlama verib. Belə ki, o Kataloniya təmsilçisinə yenidən qayıtdığı üçün hələ şokda olduğunu deyib:

“Hələ şokdayam. Uzun zaman idi ki, “Barselona”ya qayıtmağa çalışırdım. Mənim üçün xüsusi anlardır. Komandanı pis vəziyyətdən qurtarmağa çalışacağıq.

Geyinəndə özümü superqəhrəman kimi hiss etdiyim iki forma var: biri Braziliyanın, biri də “Barselona”nın. Qazanmağa davam etmək istəyirəm. Dünyanın ən yaxşı klubundayam. Burda olan şeylər digər klublarda yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə