"Real" Modriçlə müqaviləni uzadır

"Real" Modriçlə müqaviləni uzadır

"Real" futbolçusu Luka Modriçlə müqaviləni uzatmağa yaxındır.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin iyununa qədər olacaq.

36 yaşlı futbolçunun hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid klubunda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə