Neymarı da satışa çıxarırlar?

Bu da özündən müşdəbehliyin sonu... Beləliklə, İspaniyanın “El Nacional” nəşrinin yazdığı məlumata görə, Fransanın PSJ klubu futbolçusu, komanda rəhbərliyinin dünənə qədər “nazı ilə oynadığı” Neymarı satmağa hazırlaşır.

Yayılan xəbərdə, Paris təmsilçisi braziliyalı hücumçunu 80 milyon avroya satmağa hazır olduğu da gizlətməyib.

Doğrudan da, belə görünür ki, bu gün Neymarın artıq 80 milyon avrodan o yana qiyməti yoxdur.

Yeri gəlmişkən xatırladaq ki, Neymarın PSJ ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir.

P.S. ...bu gün Neymarın vətənindəkilər acından az qala “tirlərdə qəpiyə güllə atırlar”, bu isə komandasının məşqinə filan milyon dollar dəyərində olan “aeropalan”la gəlir. Bi görməmişdən, bir də qudurmuşdan,..

Burda deyirlər ey... sabunla üz yuyan bir gün göyçək olar...

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə