Serbiya və İspaniya 2022 Dünya Çempionatına vəsiqə qazanıb

Serbiya və İspaniya 2022 Dünya Çempionatına vəsiqə qazanıb

2022-ci il futbol üzrə dünya çempionatının Avropa təsnifat mərhələsinin A və B qruplarının 8-ci və sonuncu oyunları keçirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Qətərdə keçiriləcək 22-ci Dünya Çempionatında Avropa qitəsindən 13 komandanın iştirak edəcəyi seçmə mərhələnin son həftəsinin ilk günü A və B qruplarında keçirilən görüşlərlə yekunlaşıb.

A qrupunda liderlik uğrunda mübarizə aparan Serbiya - Portuqaliya matçında qonaq Serbiya millisi Mitroviçin 90-cı dəqiqədə vurduğu qolu ilə 2:1 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Serbiya birbaşa turnirə vəsiqə qazanıb, Portuqaliya isə pley-off mərhələsinə vəsiqə qazanıb. Qrupun digər oyununda İrlandiya səfərdə Lüksemburqu 3:0 hesabı ilə məğlub edib.

B qrupunun zirvəsi ilə bağlı keçirilən görüşdə İspaniya 86-cı dəqiqədə Moratanın qolu ilə İsveçi 1:0 hesabı ilə məğlub edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə