Azərbaycan millisi son oyunu Qətərlə keçirəcək

Azərbaycan millisi son oyunu Qətərlə keçirəcək

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

SİA Apasport.az saytının məlumatına istinad edəək bildirir ki, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Bu, komandamızın 2021-ci ildə son sınağı olacaq. Bakı Olimpiya Stadionundakı matç baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsi başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Son 4 oyununda üç qol buraxaraq uduzan milli uğursuz seriyaya yoldaşlıq görüşündə son qoymağa çalışacaq. Debretsendə keçirilən səfər görüşündə Qətərə 1:2 hesabı ilə uduzan yığma məğlubiyyətin revanşını almaq üçün meydana çıxacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq.

Yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan – Qətər
Baş hakim:
Donatas Rumşas (Litva)
Bakı Olimpiya Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə