"Onları gördükcə qürur duyuram" - RASUL ÇUNAYEV DANIŞDI

"Onları gördükcə qürur duyuram" - RASUL ÇUNAYEV DANIŞDI

"Zəfər Günü şəhərə çıxarkən bir anlıq ötən ilin bu vaxtlarını xatırladım. O sevincli günlərdən artıq bir il ötür, amma illərin həsrətindən sonra doğma Qarabağımıza qovuşan xalqımızın sevinci hələ də bitməyib". Bunu SİA-ya açıqlamasında "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, idmançı Rasul Çunayev deyib.

Rasul Çunayev bu barədə fikrini belə izah edib: "Onları gördükcə qürur duyuram. Çünki mən də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə öz əzəli torpaqlarına qovuşan qalib xalqın nümayəndələrindən biriyəm. Çox sevinirəm ki, bu gün Qarabağın səfalı torpaqlarında Azərbaycan oğulları gəzir, təmiz havasını udur, gözəl mənzərəsini seyr edir. Bizim xalqımıza Zəfər, həqiqətən də, çox yaraşır. Qələbələrimiz bütün sahələrdə davamlı olsun!".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə