Buffon 26 illik karyerasında bir ilk yaşadı

Buffon 26 illik karyerasında bir ilk yaşadı

“Parma”nın qapıçısı Canluici Buffon antirekorda imza atıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı qapıçı ilk dəfə bir matçın birinci hissəsində 4 qol buraxıb. O, B seriyasında “Leççe” ilə keçirilən matçın ilk hissəsində qapısında 4 top görüb.

“Leççe” – “Parma” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü peşəkar karyerasına 1995-ci ildə "Parma"da başlayıb. Daha sonra o, "Yuventus" və PSJ-də də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə