“Yuventus”dan çətin qələbə

“Yuventus”dan çətin qələbə

Futbol üzrə İtaliya A Seriyasında 12-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Yuventus” bu turda “Fiorentina”nı qəbul edib və minimal hesabla qalib gəlib. Turinin digər təmsilçisi “Torino” isə səfərdə “Spetsiya”ya uduzub.

“Atalanta” da səfərdə “Kalyari” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası

12-ci tur

5 noyabr

Empoli – Cenoa 2:2

Qol: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.

6 noyabr

Spetsiya – Torino 1:0

Qol: Sala, 58.

Yuventus – Fiorentina 1:0

Qol: Kuadrado, 90+1.

Kalyari – Atalanta 1:2

Qol: J.Pedro, 27 – Paşaliç, 6. Sapata, 43.

Bütün xəbərlər Facebook səhifəmizdə