Rusiya futbolunun yetişdirdiyi önəmli hücumçulardan Roman Pavlyuçenko "Qalatasaray" - "Lokomotiv" matçı öncəsi danışıb. SİA xarici mətbuata istinadən bildirir ki, Pavlyuçenko 2012-2015-ci illər arasında formasını geyindiyi "Lokomotiv"ə "Qalatasaray"la qarşılaşmada şans verməyib. 39 yaşlı keçmiş hücumçu çıxışında bunları deyib: “Qalatasaray” avrokuboklara yaxşı başladı. Onlar öz liqalarında çox yaxşı deyillər, lakin Avropa Liqasında çox inamlı və effektiv oynayırlar. Türkiyə klubunun futbolçuları çox praqmatik olaraq rəqiblərinin hücumlarından yayınır, eyni zamanda müdafiə xətlərini çox yaxşı saxlayır. Onlar 3 oyunda heç bir qol buraxmayıblar.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB