Xavinin “Barselona”ya baş məşqçi təyin olunacağı vaxt açıqlandı
Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya “Barselona”sının sükanı arxasına keçəcəyi vaxt müəyyənləşib. Verilən məlumata gğrə, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.
İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.
Daha öncə İspaniya mətbuatı “Barselona” rəhbərliyinin Xavi və “Əl Sədd” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qətərə yola düşdüyünü yazıb. "Əl Sədd" rəhbərliyinin Xavini buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB