Futbol hakimlərimiz İstanbul seminarında

Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə hakim, həmçinin "CBC Sport" kanalının bir neçə operatoru İstanbulda təşkil olunan seminarda iştirak edirlər.

SİA AFFA-ya istinadla xəbər verir ki, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, VAR simulyatoru vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır.

Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Fritz Stuçlikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə