"Fənərbaxça"da zədələnən Məsut Özillə bağlı açıqlama verilməyib. Lakin Özilin məşqdə olmadığı üçün "Antverpen" ilə qarşılaşa bilməyəcəyi bəlli olub. SİA xarici mətbuata istinadən bildirir ki, qasıq nahiyəsindəki ağrılar səbəbi ilə "Konyaspor"a qarşı oynaya bilməyəcəyi bildirilən Özil üçün sağlamlıq komitəsindən bu barədə hələki məlumat verilməyib. Altay Bayındır, Enner Valensiya və Qustavo kimi digər zədəli futbolçuların vəziyyəti ətraflı izah edilsə də, Məsutun qasıq nahiyəsindəki problemin dərəcəsi, müalicəsi və ya nə qədər müddətə idmandan uzaq qalacağı ilə bağlı məlumat verilməməsi diqqət çəkib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB