PSJ Ramosu qovmaq istəyir

PSJ yeni transferi Serxio Ramosla yollarını ayıra bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Paytaxt klubunun uzun müddətdir zədəli olan və komandada hələ debüt etməyən müdafiəçinin müqaviləsini ləğv etmək istəyir. Klub rəhbərliyinin 35 yaşlı futbolçunun səhhəti və fiziki durumundan narahat olduğu bildirilib.

Qeyd edək ki, bu yay "Real"dan ayrılan Ramos iyul ayında PSJ ilə 2 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə