“Əl-Sadd”in "Barselona”dan tələbi

"Barselona” Qətər komandasının baş məşqçisi Xavini “Kamp Nouya” gətirmək üçün “Əl-Sadd” klubu rəhbərliyi ilə danışıqları davam etdirir. Qeyd edək ki, danışıqlar davam etirilsə də, amma etiraf edək ki, kifayət qədər ləng gedir. Məsələ bundadır ki, qətərlilər katalonların prezidenti Joan Laporta ultimatum veriblər.

İspaniyanın gündəlik idman qəzeti “AS”-ın məlumatına görə, Qətər tərəfi Joan Laportadan onun danışıqları aparmaq üçün şəxsən Dohaya uçmasını tələb edirlər. Maraqlıdır ki, “Əl-Sədd” rəhbərliyi razılaşmanı Laportanın nümayəndəsi ilə deyil, məhz onun özü ilə əldə etmək istəyirlər.

Hələlik isə komanda, müvəqqəti də olsa, Sergi Barhuana “həvalə edilib”.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə