“Cenoa” - “Venetsiya” matçında hesab açılmayıb. “Sassuolo” evdə “Empoli”yə uduzub. “Fiorentina” isə “Spetsiya”nı darmadağınla yola salıb.
Son çempion “İnter” doğma meydanda “Udineze” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Lider “Napoli” də səfərdə “Salernitana”nı minimal hesabla üstələyib.
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan” “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası
11-ci tur
30 oktyabr
Atalanta – Latsio 2:2
Qol: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.
Verona – Yuventus 2:1
Qol: Simeone, 11; 14 – Makkenni, 80.
Torino – Sampdoriya 3:0
Qol: Praet, 17. Sinqo, 52. Belotti, 90+3.
31 oktyabr
İnter – Udineze 2:0
Qol: Korrea, 60; 68.
Cenoa – Venetsiya 0:0
Sassuolo – Empoli 1:2
Qol: Tonelli, 43-öz qapısına – Pinamonti, 83-pen. Zurkovski, 90+2.
Fiorentina – Spetsiya 3:0
Qol: Vlahoviç, 44-pen; 62; 74.
Salernitana – Napoli 0:1
Qol: Zelinski, 61.
Roma – Milan 1:2
Qol: El Şaaravi, 90+3 – İbrahimoviç, 26; Kessye, 57-pen.
1 noyabr
22:45. Bolonya – Kalyari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB