Barselona”dan xal itkisi, “Real”dan qələbə

Barselona”dan xal itkisi, “Real”dan qələbə

Futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında turnir cədvəlinin ikincisi “Real” səfərdə “Elçe”nin qonağı olub. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.

“Sevilya” bu turda “Osasuna”nı, “Valensiya” isə “Vilyarreal”ı sınağa çəkib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Baş məşqçi Ronald Kumanla yollarını ayıran “Barselona”nın bu turdakı rəqibi “Alaves” olub. Kataloniya təmsilçisi bu oyunda hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib.

İspaniya La Liqası

12-ci tur

30 oktyabr

Elçe – Real 1:2

Qol: Milya, 86 – Vinisius, 22; 73.

Sevilya – Osasuna 2:0

Qol: D.Karlos, 40. Okampos, 60.

Valensiya – Vilyarreal 2:0

Qol: Gilyamon, 43. Soler, 77-pen.

Barselona – Alaves 1:1

Qol: Depay, 49 – Rioxa, 52.

31 oktyabr

17:00 Kadis – Malyorka

19:15 Atletiko – Betis

21:30 Xetafe – Espanyol

00:00 Real Sosyedad – Atletik

1 noyabr

21:30 Rayo Valyekano – Selta

00:00 Levante – Qranada

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com