Bu futbolçu Türkiyə vətəndaşlığı almaq qərarına gəlib

Bu futbolçu Türkiyə vətəndaşlığı almaq qərarına gəlib

"Qalatasaray"ın əlcəzairli futbolçusu Sofian Fequli Türkiyə vətəndaşlığını almaq üçün lazımi prosedurlara başlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, son həftələrdə 11-də oynaya bilmədiyi üçün məyus olan 31 yaşlı yarımmüdafiəçi Sofian Fequli Türkiyə vətəndaşı olmaq istəyib. Sofian Fequlinin müqaviləsi mövsümün sonunda başa çatır.

Yanvarda başlayacaq ara transfer dönəmində adı bəzən komandadan ayrılacaq şəxslər arasında hallansa da, əlcəzairli futbolçu həyatını burada davam etdirmək istəyib. Rəsmi prosedurlara başlayan Fequli 3 ay ərzində Türkiyə pasportu almağı hədəfləyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə