Məşhur futbolçu "Qalatasaray"la bağlı açıqlama verib

Brazilyalı futbolçu Felipe Melonun son dövrdə "Qalatasaray"a gələcəyi ilə bağlı iddialar var. 38 yaşlı futbolçunun "Palmeyras" ilə müqaviləsi dekabrda başa çatır və sezon arası gələcəyi deyilir. Melo "Qalatasaray" iddiaları ilə bağlı danışıb. SİA xarici mətbuata istinadən bildirir ki, 2011-2015-ci illər arasında sarı-qırmızılı forma geyinən Melo yenidən "Qalatasaray"a dönəcəyi ilə bağlı iddialara "Bu vaxta qədər "Qalatasaray"dan heç kim mənimlə əlaqə saxlamayıb. Son zamanlar belə bir təklif almadım" deyib.

Ötən həftələrdə Fatih Terim Melo ilə bağlı söylədiyi sözlərdə “Mənə hər zaman hazıram deyir” demişdi. Melonun həyat yoldaşı isə "Qalatasaray"la bağlı "Felipe "Qalatasaray"ı çox sevir, bir telefon zəngi yetər ki, geri dönsün" deyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə