"Barselona" Xavi ilə razılığa gəlib

"Barselona" Xavi ilə razılığa gəlib

Ötən gecə Ronald Kumanı istefaya göndərən "Barselona"nın bu vəzifəyə əsas namizədi məlum olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu komandanı Xavinin çalışdırmasını istəyir. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Xəbərdə tərəflərin razılığa gəldiyi də bildirilib. Lakin təyinatın rəsmi açıqlanması üçün Xavinin hazırda baş məşqçilik etdiyi "Əl-Sədd"dən ayrılması lazımdır.

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə "Barselona"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə