Nəhayət ki, Kuman qovuldu...

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.

SİA-nın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Bu qərar Kataloniya komandasının İspaniya çempionatında "Rayo Valyekano"ya uduzmasından (0:1) sonra verilib.

R.Kuman "Barselona"nın oyunçuları və heyəti ilə oktyabrın 28-də vidalaşacaq.

Qeyd edək ki, "Barselona"nın baş məşqçisi vəzifəsinə ən real namizəd isə “Əl-Sədd” klubunun çalışdırıcısı Xavi Ernandesdir. Kataloniyalılar sabiq kapitanı ilə danışıqlara başlayıb. Hər şey “Əl-Sədd” rəhbərliyinin qərarından asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə