...Depay penaltini də vura bilmədi
“Barselona” yenə də uduzdu...

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

“Barselona” səfərdə “Rayo Valyekano”nun qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Matçın 72-ci dəqiqəsində Memfis Depay penalti zərbəsindən yararlana bilməyib.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Rayo Valyekano” 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, “Barselona” ötən tur El Klasikoda “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olub.

Yəni hələ ki, uduza-uduza gedir...amma Kuman hələ də getmək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə