“Barselona” rəhbərliyi yarımmüdafiəçi Usman Dembele ilə müqaviləni uzatmaq üzərində işləməyi hələ də davam etdirir. “Marca”nın məlumatına görə, kataloniyalılar yeni müqavilə ilə bağlı onunla danışıqlar apara biləcəklərinə əmindirlər.
Lakin əgər fransalının nümayəndələri ilə dil tapmaq mümkün olmasa, bu halda futbolçuya qarşı sanksiyaların tətbiqi istisna etdilmir.
Xatırladaq ki, bir müddət bundan əvvəl yarımmüdafiəçi İlayş Moriba da məhz komanda rəhbərliyi ilə apardığı “pul davasına” görə Leypsiqə satılıb.
Yəni belə demək mümkünsə, İlayş Moribanın aqibəti ilə Usman Dembele də üzləşə bilər.
Amma hələ ki, hadisələri qabaqlamayan istəməyən “Barselona” klubu rəhbərliyi yanvar ayına qədər gözləmək niyyətindədir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə