Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, milli komanda üzvləri ilə görüşən F.Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.

Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, və gələcək planlar barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...