“Trabzonspor”dan növbəti qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir. SİA Matc.az-a istinadən xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Qaziantep” – “Girəsunspor” matçında qalib müəyyənləşməyib. “Rizəspor” “Kasımpaşa”nı, “Konyaspor” isə “Kayserispor”u məğlub yola salıb.

Lider “Trabzonspor” bu turda “Göztəpə” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası

10-cu tur

22 oktyabr

Yeni Malatyaspor – Altay 2:1

Qol: Tette, 57. A.Böyük, 68-pen – Bamba, 84-pen.

23 oktyabr

Rizəspor – Kasımpaşa 2:1

Qol: C.Sertel, 11. S.Ay, 90+11 – U.Bozok, 62-pen.

Qaziantep – Girəsunspor 1:1

Qol: A.Peres, 90+2-öz qapısına – Serjinyo, 78.

Konyaspor – Kayserispor 2:0

Qol: S.Gürler, 8. Hacıahmetoviç, 45+1.

Göztəpə – Trabzonspor 0:1

Qol: Jervinyo, 56.

Bütün xəbərlər Facebook səhifəmizdə