“Çelsi” və “Mançester Siti”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

“Lids” – “Vulverhempton”, “Kristal Pelas” – “Nyukasl” və “Sauthempton” – “Bernli” matçlarında qalib müəyyənləşməyib. Yeddi qolun qeydə alındığı “Everton” – “Uotford” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Çelsi” bu turda autsayder “Norviç Siti”ni sınağa çəkib. “Zadəganlar” bu oyunda 7 cavabsız qolla gəlib. “Mançester Siti” isə “Brayton”la səfər matçından darmadağınla ayrılıb.

İngiltərə Premyer Liqası

9-cu tur

22 oktyabr

Arsenal – Aston Villa 3:1

Qol: Partey, 23. Obameyanq, 45+6. Smit Rou, 56 – Remsi, 82.

23 oktyabr

Çelsi – Norviç Siti 7:0

Qol: Maunt, 8; 85; 90+1. Hadson-Odoi, 18. R.Ceyms, 42. Çiluell, 57. Arons, 62-öz qapısına.

Kristal Pelas – Nyukasl 1:1

Qol: Benteke, 56 – Uilson, 65.

Lids – Vulverhempton 1:1

Qol: Rodriqo, 90+4-pen – Hvan, 10.

Everton – Uotford 2:5

Qol: Deyvis, 3. Riçarlison, 62 – Kinq, 13; 80; 86. Kuçka, 78. Dennis, 90+1.

Sauthempton – Bernli 2:2

Qol: Livramento, 41. Broya, 50 – Korne, 13; 57.

Brayton – Mançester Siti 1:4

Qol: Makallister, 81-pen – İ.Gündoğan, 13. Foden, 28; 31. Mahrez, 90+5.

Bütün xəbərlər Facebook səhifəmizdə