“Alanyaspor” 3 xalı 6 qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.

SİA Matc.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Doqquz qolun qeydə alındığı “Alanyaspor” – “Kayserispor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Hatayspor” da “Qaziantep”i məğlub yola salıb.

Türkiyə Super Liqası

9-cu tur

15 oktyabr

Başakşəhər – Beşiktaş 3:2

Qol: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.

16 oktyabr

Girəsunspor – Rizəspor 2:0

Qol: S.Ay, 62-öz qapısına. Çampness, 90+4.

Sivasspor – Antalyaspor 2:2

Qol: C.Osmanpaşa, 10. Kayode, 45+4 – Fredi, 24. D.Sinik, 42.

Adana Dəmirspor – Yeni Malatyaspor 0:2

Qol: Tette, 36. S.Dəli, 55-öz qapısına.

17 oktyabr

Kasımpaşa – Göztəpə 1:2

Qol: Y.Ərdoğan, 51 – Yahoviç, 67. Tiyaniç, 86.

Qalatasaray – Konyaspor 1:0

Qol: M.Məhəmməd, 4.

Altay – Fatih Karagümrük 0:1

Qol: Karamo, 15.

Trabzonspor – Fənərbaxça 3:1

Qol: Bakasetas, 25; 87. Y.Sarı, 90 – Rossi, 3.

18 oktyabr

Alanyaspor – Kayserispor 6:3

Qol: E.Karaca, 14. Hosseyni, 22-öz qapısına. Davidson, 45; 79. U.Günəş, 55. Dyedyu, 77 – O.Bulut, 9. Qavranoviç, 15. M.Pektemek, 88.

Hatayspor – Qaziantep 2:1

Qol: Diuf, 52-pen. M.Kamara, 73 – A.Sağal, 82.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə