"Çelsi" qalib gəlib liderliyə yüksəldi

"Çelsi" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

SİA xəbər verir ki, komanda 8-ci turda "Brentford" ilə qarşılaşıb. London təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Çelsi" hazırda turnir cədvəlində 19 xalla liderdir. "Brentford" isə 12 xalla 7-cidir.

"Brentford" - "Çelsi" - 0:1

Qol: Çiluel, 45+1

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə