“Böyük dəbilqə” turnirinin qalibi

Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub.

SİA -nın məlumatına görə, həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayevi məğlub edən cüdoçumuz nüfuzlu yarışın qızıl medalını qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə