Dani Alves “Barselona”ya qayıtmaq istəyir?

Braziliyalı futbolçu Dani Alveş İspaniyanın “Barselona” klubuna qayıtmaq istəyir. SİA xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə, 38 yaşlı müdafiəçinin Kataloniya təmsilçisində az maaşa oynamağa razı olduğu bildirilib.

Son olaraq Braziliyanın “San Paulo” klubunda çıxış edən Alveş, 2008-2016-cı illərdə “Barselona”da forma geyinib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...