Badmintonçumuz səkkizdəbir finala vəsiqə qazanıb

Niderlandın Almere şəhərində “International Challenge” kateqoriyalı “YONEX Dutch Open 2021” badminton turniri davam edir.

SIA xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən badmintonçumuz Edi Reski Dviçayo birinci mərhələdə rəqibi hindistanlı Rahul Yadav Çittaboinanı məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 17-dək davam edəcək.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə