“Barselona” Dortmund “Borussiya”sının futbolçusu Erling Haalandı almaqda israrlıdır.
SİA Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı hücumçunu növbəti yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Məlumatda qeyd olunub ki, bir neçə investisiya fondu “Barselona”ya Haalandla müqavilə imzalamaq üçün maddi kömək etməyə hazırdır. Buna baxmayaraq, norveçli oyunçunun yüksək maaş tələbi kluba ciddi maneələr yarada bilər.
Qeyd edək ki, Haalandla “Real” və PSJ də yaxından maraqlanır.
Müəllif: Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB