PSJ-nin braziliyalı ulduzu Neymar maraqlı açıqlama verib. SİA xarici mətbuata istinadən qeyd edib ki, illərdir bir çox səlahiyyətli şəxslər tərəfindən Messi və Ronaldodan sonra dünyanın ən yaxşısı olaraq göstərilən Neymar, "Milli komandadan ayrılacağam, futbolla məşğul olmaq üçün zehni gücüm yoxdur" deyib. "Neymar & The Line Of Kings" sənədli filmində bir çox mövzuya toxunan braziliyalı ulduz, qarşıdakı Dünya Kuboku haqqında bunları söyləyib: “2022 Dünya Kubokunu son turnirim hesab edirəm. Millidən ayrılacağam, çünki artıq futbolla məşğul olmaq üçün zehni gücümün olub-olmadığına əmin deyiləm. Buna görə də ən yaxşısı üçün çalışacağam. Dünya Kubokunu ölkəmlə birlikdə yüksəltmək uşaqlıq arzumdur. Bunun üçün hər şeyi edəcəyəm. Ümid edirəm ki, bacara bilərəm”.
Neymar ilə Braziliya indiyə qədər 2 Dünya Kuboku turniri görüb. Almaniyanın 2014-cü ildə yarımfinalda 7-1 məğlub olması və 2018-ci ildə 1/4 finalda Belçikaya uduzması Neymarın bu kuboku almasına mane olub.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB