Belçikaya qalib gələn İtaliya 3-cü oldu

Belçikaya qalib gələn İtaliya 3-cü oldu

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

SİA xəbər verir ki,həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub.

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Üçüncü yer uğrunda görüş

İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə