Azərbaycan cüdoçuları dünya çempionatını 2 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 2 medalla başa vurub

Azərbaycan cüdoçuları İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında çıxışını başa vurub.

SİA-nın məlumatına görə, yarışın dördüncü günündə qadınların mübarizəsində Nərmin Əmirli qüvvəsini sınayıb. Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb.

Beləliklə, Azərbaycan yığması dünya çempionatını 2 medalla başa vurub. Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev isə (81 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə