Azərbaycan millisi İrlandiya ilə qarşılaşacaq

Azərbaycan millisi İrlandiya ilə qarşılaşacaq

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

SİA xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir.

Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

9 oktyabr

20:00. Azərbaycan – İrlandiya

Baş hakim: Espen Eskas (Norveç).

Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1.

Bütün xəbərlər Facebook səhifəmizdə