“Qalatasaray” Arda Turanı gözləyir

“Qalatasaray” Arda Turanı gözləyir

“Qalatasaray”da Arda Turanla bağlı irəliləyiş baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi Fatih Terim mövsümün sonunda müqaviləsi sona çatacaq olan Arda Turanı yeni mövsümdə texniki heyyətinə daxil edib. 34 yaşlı futbolçu 2022-2023 mövsümündə "Qalatasaray" da köməkçi məşqçi vəzifəsində çalışacaq.

“Qalatasaray”ın mövsümün əvvəlində 1 illik yeni müqavilə imzaladığı Arda Turan mövsüm öncəsi Çempionlar Liqası və UEFA Avropa Liqası seçmə oyunlarında oynadı və Super Liqanın ilk həftəsində cəmi 7 dəqiqə oynaya bilib. Ayaq biləyindən zədə alan Arda Turan təxminən 2 aydır oynaya bilmir.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə